Saat:01:25
Haqqımızda

Tramp həyəcan təbili çaldı: “Nüvə təhlükəsi var! Bu axmaq müharibəni elə indi dayandırın!”

2023-01-26 20:40:00

Tramp həyəcan təbili çaldı: “Nüvə təhlükəsi var! Bu axmaq müharibəni elə indi dayandırın!”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Qərb ölkələri tərəfindən Ukraynaya tankların verilməsinin nüvə müharibəsi riski yaratdığı barədə xəbərdarlıq edib, Ukraynadakı müharibənin mümkün qədər tez dayandırılmalı olduğunu deyib.

Tramp özünün “Truth Social“ sosial şəbəkəsində yazıb: “Əvvəlcə tanklar, sonra nüvə bombaları olacaq. Bu axmaq müharibəni dayandırın. Elə indi. Bu elə sadədir ki!”

Bəlli olduğu kimi, yanvarın 25-də AFR hökuməti Almaniyanın Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərilməsini qərara alıb. AFR həmçinin, tankı almış digər ölkələrin də onları Ukraynaya göndərməsinə - reeksporta icazə verib.

Prezidenti Cozef Bayden isə Vaşinqtonun Kiyevə 31 ədəd “Abrams” tankı göndərəcəyini bəyan edib. Bayden bu tankların Rusiya üçün təhlükə doğurmadığını deyib: “Bu Rusiyaya qarşı savaş yox, azadlıq uğrunda mübarizədir”.

RF Prezidentinin mətbuat təmsilçisi Dmitri Peskov yanvarın 26-da jurnalistlərə açıqlamasında Kremlin ABŞ ilə Qərb kollektivinin Ukraynadakı münaqişəyə qoşulmasının getdikcə böyüdüyünü hesab elədiyini söyləyib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR