Saat:11:43
Haqqımızda

Tramp: "Hər həftə 2500 nəfərə qədər əsgər həlak olur. Buna İNDİ son qoymaq lazımdır"

2025-03-18 11:18:39

Tramp:

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp həmkarı Vladimir Putin ilə martın 18-nə (ABŞ vaxtı ilə) planlaşdırılmış söhbəti səbirsizliklə gözlədiyini bəyan edib. 
Tramp "Truth Social" sosial şəbəkəsində yazıb: "Sabah səhər mən Prezident Putinlə Ukraynadakı müharibə barəsində danışacağam. Son razılaşmanın bir çox detalları dəqiqləşdiriləcək. Lakin hələ çox iş görülməlidir. Minlərlə gənc əsgər və digər insanlar həlak olurlar. Hər həftə hər iki tərəfdən ümumilikdə 2500 nəfərə qədər əsgər həlak olur. Buna İNDİ son qoymaq lazımdır. Prezident Putinlə danışığı səbirsizliklə gözləyirəm".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.164296