Tramp həbs edildi və 20 dəqiqə sonra...

Hurriyyet.az Bi-Bi-Si (BBC) kanalına istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 24-də Corciya ştatının paytaxtındakı həbsxanaya gələrək, formal şəkildə müttəhim kimi təslim olub. Lakin Tramp dərhal azadlığa buraxılıb. Bunun səbəbi həftənin əvvəlində hakimin 200 min dollar girov müqabilində onu azadlığa buraxmaq qərarını qəbul eləməsi olub.
Atlanta şəhərinin Fulton mahalının prokuroru Trampı 2020-ci il prezident seçkilərinin nəticələrinə yenidən baxmaq cəhdində ittiham edir. Rəsmi ittihama əsasən, Tramp hakimiyyətdəki rəsmi postları tutmuş yerli siyasətçilərdən – respublikaçılardan bunu tələb edib. Eks-prezident özü bu ittihamları rədd edir.
Aeroportdan böyük müşayiətçi karvanı ilə gələn Tramp Fulton həbsxanasında cəmi 20 dəqiqə olub. Onu, P01135809 nömrəli məhbus kimi qeydiyyatdan keçirərək, barmaq izlərini götürüblər və fotoşəklini çəkiblər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya