Saat:13:19
Haqqımızda

Tramp Ər-Riyaddan narazıdır

2025-11-26 12:33:34

Tramp Ər-Riyaddan narazıdır

Hurriyyet.az xəbər verir ki, "Axios" nəşrinin Ağ Evdəki mənbələrə istinadla verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışıqlar zamanı Ər-Riyadın İsrail ilə münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyindən məyus olub. Danışıqlar 18 noyabr tarixində keçirilib.
Nəşrə məlumat verən şəxslərdən birinin sözlərinə görə, Tramp əsəbiləşərək məyus olub. Tramp iqtisadi faydaları vurğulayaraq, şahzadəni İbrahim Sazişlərinə qoşulmağa çağırıb, lakin Məhəmməd bin Salman "öz mövqeyində israr edib".
Şahzadə normallaşmaya qarşı olmadığını bildirib, lakin krallıqda son dərəcə mənfi ictimai rəy olduğunu qeyd edib. O, Ər-Riyadın Fələstin dövlətinin yaradılması üçün "dönməz və etibarlı bir yola" ehtiyacı olduğunu vurğulayıb.
Amerikalı diplomatlar şahzadənin "yox" demədiyini qeyd ediblər: gələcək üçün normallaşma qapısı açıq qalır, lakin ikidövlətlilik məsələsi əsas olaraq qalır.
Hürr Tərcüman