Saat:03:17
Haqqımızda

Tramp ən varlı prezidentliyə namizəddir

2023-11-08 21:30:27

Tramp ən varlı prezidentliyə namizəddir

“Forbes” jurnalının hesablamalarına görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti seçkilərdə prezidentliyə namizəd olacaq şəxslər arasında ən zənginidir. Nəşrin saytında yerləşdirilən məlumata görə, prezidentliyə 16 iddiaçının ümumi sərvəti təxminən 4 milyard dollar qiymətləndirilir. Siyahıda bir nəfər milyarder, qalanları isə milyonerlərdir.

“Forbes” Trampın sərvətini 2,6 milyard dollar qiymətləndirib, iş adamı Vivek Ramasvami 880 milyon dollarla ikinci yerdədir. ABŞ-ın hazırkı prezidenti Co Bayden 10 milyon dollar gəlirlə altıncı yerdədir. Ondan sonra gələn ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 8 milyon dollar qazanıb.
Növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. \\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.579924