Tramp: "Əgər Kim Çen In istəsə..."
2025-10-27 12:04:35
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Asiya ölkələrinə səfəri çərçivəsində Şimali Koreyanın lideri Kim Çen In ilə görüşmək arzusunda olduğunu bəyan edib.
Tramp Yaponiyaya gedən zaman təyyarədə jurnalistlərə deyib: "Bu barədə danışmamışam, yada salamamışam, lakin əgər o istəsə, onunla görüşə şad olardım. Görüşmək istəsə, mən Cənubi Koreyada olacağam".
Hürr Tərcüman
