“Tramp dedi ki, Ukraynada müharibənin bitməsi üçün neft 30-40 dollara olmalıdır” – Natiq Cəfərli

2022-05-31 17:23:00

“Tramp dedi ki, Ukraynada müharibənin bitməsi üçün neft 30-40 dollara olmalıdır” – Natiq Cəfərli

“Amma yeni enerji keçidinin lobbistləri baha neftdə maraqlıdırlar – baha neft alternativ enerjiyə yatırımları stimullaşdırır“

Hurriyyet.az xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli öz “Feysbuk” səhifəsində neftin qiymətlərinin bahalaşmasının Rusiyanın sanksiyalara qarşı dözümlülüyünün artmasına müsbət təsir göstərməsindən bəhs edib:

“Rusiya 2021-ci ildə hər gün ortalama 4,8 milyon barrel neft ixrac edirdi, bunun 2,3 milyon barelı Avropaya ixrac etmişdi - keçən il Rusiyanın sırf Avropa satdığı neftdən gələn gəliri 57 milyard 132 milyon dollar olub.

Aİ ölkələri bu ilin sonuna qədər Rusiyadan neft alışını yarıbayarı azaldacaq, amma bu Rusiyanın neftdən gələn gəlirlərinin azalması demək deyil. Qısa və primitiv bir hesablama: 2021-сi ildə Rusiya neftinin “Urals” markasının illik orta qiyməti 69,1 dollar olub, həmin il Avropaya günlük ortalama 2,3 mln barel neft satıb, gəliri 57,135 mlrd olub. 2022-ci ilin ilk 5 ayında neftinin ortalama qiyməti 105 dollar civarındadır, bu gün qiymət 123 dollar olub, Rusiyaya tədbiq edilən embarqoya görə 2022-ci ilin ortalama qiymətinin 115 dollar olacağı proqnoz edilir.

Tutalım, Avropa bu il Rusiyadan neft alışını günlük 2,3 mln bareldən 1,3 mln barelə saldı, nəticədə bu il Avropaya satdığı neftdən 53 mlrd 820 mln dollar gəlir əldə edəcək – yaxşı, nə dəyişdi ki?!

Çıxış yolu nədir?! Neftin qiyməti ucuzlaşmalıdır, 2 gün öncə Tramp çıxışında dedi ki, Ukraynada müharibənin bitməsini istəyirsinizsə, neftin qiyməyini 30-40 dollar edin – tam doğru təsbitdir! Neftin bahalaşması ilə Putinin (Rusiyanın) aqressivləşməsi arasında birbaşa asılılıq, korelyasiya var – bu 2008 Gürcüstan, 2014 Krım hadisələri zamanı da aydın göründü.

Amma yeni enerji keçidinin lobbistləri baha neftdə maraqlıdırlar – baha neft alternativ enerjiyə yatırımları stimullaşdırır. Neft ucuz olsa, heç bir biznes məntiqi maya dəyəri baha olan alternativ enerjiyə yatırım etməz, məhz buna görə neft hələ bir neçə il baha olmalıdır ki, bu sahəyə yatırımlar artsın. Baha neft isə enerji resursları ilə qidalanan ölkələrin daha da avtoritarlaşmasına səbəb olur”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya