Tramp Cinpinə dəvətnamə göndərib
2024-12-12 16:54:07
Hurriyyet.az xəbər verir ki, Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpini 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edib.
"CBS News" kanalının məlumatına görə, Tramp Çin liderinə dəvətnaməni hələ bu ilin noyabr ayında, seçkilərdən dərhal sonra göndərib. Lakin hələlik dəvətə cavab verilməyib. Çinin Vaşinqtondakı səfirliyində vəziyyətlə bağlı hələ şərh verilməyib.
Tramp öz inauqurasiya mərasiminə digər yüksək vəzifəli qonaqları da çağırmağı planlaşdırır. Macarıstanın Baş naziri Viktor Orban ilə İsrailin Baş naziri Binyamin Netanyahunun da adları dəvət edilənlər arasındadır.
Hürr Tərcüman
