Saat:20:38
Haqqımızda

Tramp: "Bu ölkə bizim düşmənimizdir"

2025-02-19 15:52:42

Tramp:

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanı Birləşmiş Ştatların düşməni adlandırıb və Amerika şirkətlərinin bu ölkədən neft almağa davam etməsini istəmədiyini söyləyib.
Tramp ilk prezidentliyi dövründə Karakasa qarşı irimiqyaslı sanksiyalar tətbiq elədiyini xatırladaraq deyib: "Biz Venesuelanı çətin vəziyyətdə qoymuşduq. Hər şeyin çox yaxşı olacağı görünürdü. Sonra isə Bayden hakimiyyətə gəlgi və hər şeyi korladı. Onun dövründə Venesueladan milyardlarla dollar neft almağa başladılar. Niyə onlar düşmənə üz tutub ona milyardlarla dollar verdilər? Biz bu məsələ ilə məşğul oluruq".
Tramp ABŞ-ın özünün kifayət qədər neft ehtiyatlarına malik olduğu üçün bu cür sövdələşmələrə zərurət olmadığını söyləyib. 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000360