Tramp Avropa İttifaqını HƏDƏLƏDİ
2024-12-20 14:10:05

Donald Tramp ABŞ-dan neft və qaz alışını artırmayacağı təqdirdə Avropa İttifaqına qarşı idxal rüsumlarını artırmaq niyyətini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, o, fikirlərini özünə məxsus "Truth" sosial şəbəkəsində paylaşıb.
"Mən Avropa İttifaqına dedim ki, o, ABŞ-la olan böyük ticarət kəsirini bizim neft və qazımızın alışını əhəmiyyətli dərəcədə artırmaqla doldurmalıdır. Əks halda, o, tam tariflərlə üzləşəcək!", - Tramp qeyd edib.
Musavat.com
