Saat:00:04
Haqqımızda

Tramp administrasiyası diplomatları niyə qovur?

2025-02-28 11:08:28

Tramp administrasiyası diplomatları niyə qovur?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Prezidenti Donald Tramp ABŞ Dövlət Departamentində radikal ixtisarlar aparmağı qərara alıb. Tramp diplomatların, səfirliklərin sayını radikal şəhərdə azaltmağı, onların fəaliyyət sahəsini kiçiltməyi planlaşdırır. Bu barədə "Politiko" (Politico) nəşri məıumatlı mənbələrə istinadla xəbər verib. 
Respublikaçılar administrasiyası Dövlət Departamentinin fəaliyyətini tranzaksiya sazişlərinin bağlanması, ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi və xarici investisiyaların cəlb edilməsinə yönəltmək niyyətindədir. Bu, fəaliyyəti onilliklər boyunda əhəmiyyətli dərəcədə genişlənmiş bir şöbənin tarixi yenidənqurması olacaq.
Qəzetin yazdığına görə, hələlik neçə səfirliyin bağlanacağı bəlli deyil, lakin dövlət katibi Marko Rubio onların sayının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.164260