Tramp açıqladı: Maskın yeni vəzifəsi...
2024-11-13 14:30:28
Amerikalı milyarder İlon Mask və keçmiş prezidentliyə namizəd, sahibkar Vivek Ramasvami yeni Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklər.
Hurriyyet.az xəbər verir ki, bunu ABŞ-ın yeni Prezidenti Donald Tramp deyib.
D.Tramp bəyan edib ki, Mask və Ramasvami hökumət bürokratiyasının aradan qaldırılmasına, artıq normativ aktların və israfçı xərclərin azaldılmasına, eyni zamanda federal qurumların yenidən canlanmasına köməklik göstərəcək./Axar.az/