Tramp 12 dövlətin vətəndaşlarına qadağa qoydu
2025-06-05 14:27:44

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara getməyi qadağan edib, daha 7 dövlətin sakinlərinə isə məhdudiyyətlər tətbiq edib.
Ağ Evdən verilən məlumata görə, Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo, Somali, Sudan, Çad, Ekvotarial Qvineya və Eritreiya vətəndaşlarına tam qadağan tətbiq edilib.
Qərar bazar ertəsi günü, ABŞ-nin şərq sahili vaxtı ilə 00.01-də (Bakı vaxtı ilə 08.01-də) qüvvəyə minəcək.
Bundan başqa, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarına qismən məhdudiyyət tətbiq ediləcək.
Sənəddə qeyd edilir ki, bu qərarın qəbul edilməsindən əvvəl verilən vizalar qüvvədə qalacaq.
Hürr Tərcüman
