"Trabzonspor" "Bavariya"nın sabiq ulduzunu gətirir

2022-06-04 21:24:00

Türkiyənin "Trabzonspor" klubu sıralarını ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

Super Liqada son mövsümün çempionu olan trabzonlular hazırda Fransa "Lion"unda forma geyinən Jerom Boatenqi rənglərinə bağlamaq istəyir. 

Klub rəhbərliyi 33 yaşlı müdafiəçini icarə əsasında komandaya cəlb etmək istəyir. Hazırda Fransa klubu ilə danışıqlar aparılır.

Qeyd edək ki, Boatenq 2021-ci ildə Münhen "Bavariya"sından "Lion"a keçib. \\Fanatiki


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya