Saat:04:49
Haqqımızda

Toyuna saatlar qalmış özünü öldürən bəyin atası danışdı - Video

2024-06-03 11:15:38

Toyuna saatlar qalmış özünü öldürən bəyin atası danışdı - Video

Qazaxda 27 yaşlı Əhliman Omarovun toy axşamı intihar etməsi ilə bağlı  bəzi detallar məlum olub.

Hurriyyet.az Baku TV-yə istinadən xəbər verir ki, rayonun Orta Salahlı kəndində ailəsi ilə birgə yaşayan gəncin cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb.

O bildirib ki, oğlu toyuna həvəslə hazırlaşırmış: “Bağa getmişdim, dedim, bəlkə, traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı”.

Mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Ə.Omarovun sevgi münasibəti üç il davam edib və nişanlısı ilə aralarında problem olmayıb.

Qeyd edək ki, Əhliman Omarov Orta Salahlı kənd məzarlığında dəfn edilib.

Xatırladaq ki, hadisə mayın 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

Ə.Omarovla baldızının (nişanlısının əkiz bacısı) toyunun eyni gündə keçirilməsi planlaşdırılırmış.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.170772