Saat:02:07
Haqqımızda

“Toyota” “KamAZ”a çırpıldı - 1 nəfər öldü

2023-05-29 22:12:00

“Toyota” “KamAZ”a çırpıldı - 1 nəfər öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Hurriyyet.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR