Toylarına bir həftə qalmış qəzaya düşərək ölən cütlük dəfn olundu - FOTO

2022-06-16 23:14:00

Toylarına bir həftə qalmış qəzaya düşərək ölən cütlük dəfn olundu - FOTO

Şəkidə baş vermiş ağır qəzada həlak olan cütlük bu gün dəfn olunub. 

Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, nişanlı cütlük bu gün Balakən rayonu, Gərəkli kənd qəbiristanlığında son mənzilə yola salınıb.

Məlumat verdiyimiz kimi, 11 iyun tarixində Şəkidə baş verən yol qəzasında sürücü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, onun nişanlısı, sərnişin Günel Göyüşova isə xəstəxanaya yerləşdirilmiş, lakin onun həyatını xilas etmək mümkün olmamışdı.

Qeyd edək ki, İbrahim Ağalarov və Günel Göyüşovanın toy mərasimi qəzadan bir həftə sonra baş tutmalı imiş.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya