Saat:03:57
Haqqımızda

Toyda atəş səsləri - Azərbaycan diasporu sədrinin oğlu saxlanıldı - VİDEO

2024-02-06 17:25:01

Toyda atəş səsləri - Azərbaycan diasporu sədrinin oğlu saxlanıldı - VİDEO

Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporu sədrinin oğlu toy şənliyi zamanı dostları ilə birlikdə Çerkessk küçələrində atəş açmağa başlayıb. Nəticədə təhlükəsizlik qüvvələri “Odlar Yurdu” təşkilatında yoxlamalara başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Xəbərə görə, bu yaxınlarda yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov yoldaşlarından birinin toyunu keçirib. Restoranda Azərbaycan bayraqları olan bir neçə bahalı avtomobil dayanıb, sonra onlardan 10 gənc düşüb. Onlar avtomat və tapançaları çıxarıb atəş açmağa başlayıblar.

Belə bir performansın yerli sakinləri qorxutduğu qeyd edilir. Əhmədov və onun 9 dostu həbs edilib, barələrində hüquq-mühafizə orqanlarına tabe olmama maddəsi ilə protokollar tərtib edilib. İşin materialları məhkəməyə təqdim olunub.

Hüquq-mühafizə orqanları yerli diasporun - 1700 nəfərin daxil olduğu "Odlar Yurdu" mərkəzinin fəaliyyəti ilə də maraqlanıb.

bakupost.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR