Toya getmişdi,oynadığı yerdə həyatını itirdi
2025-11-29 00:03:03
Bu gün Zərdabda yerləşən şadlıq evlərindən birində bədbəxt hadisə baş verib.
"Hurriyyet.Az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Çallı kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Səbuhi Rafiq oğlu toy məclisi zamanı oynayarkən qəfil vəfat edib.
Bildirilir ki, uzun illərdir Bakıda yaşayan və usta kimi çalışan Səbuhi Kərimov toy üçün doğma kəndinə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
