Toy qalmaqalından sonra Ramiz Mehdiyevin kürəkəni ilk dəfə görüntüləndi

2022-04-29 17:44:00

Toy qalmaqalından sonra Ramiz Mehdiyevin kürəkəni ilk dəfə görüntüləndi

Eks-deputat, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev uzun müddət sonra ilk dəfə görüntülənib.

Hurriyyet.az xəbər verir ki, o, Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı "Rolls Royce” avtomobilini idarə edib.

Qeyd edək ki, İlham Əliyevin sürdüyü 10 YY 040 dövlət qeydiyyat nişanlı avtomobil "Kaspian Telekom” MMC-yə məxsusdur. Bu şirkətin qanunu təmsilçisi Orxan Əliyevdir. O. Əliyev isə İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur.

Xatırladaq ki, keçmiş deputat İlham Əliyev 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi. (Qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya