Tovuzda 13 yaşlı qızın ərə verilməsiylə bağlı İDDİA

2022-12-27 19:59:00

Tovuzda 13 yaşlı qızın ərə verilməsiylə bağlı İDDİA

Tovuz rayonunun Alakol kəndində 13 yaşlı qız üçün təmtəraqlı nişan məclisinin təşkil edildiyi iddia olunur.

Hurriyyet.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook”da məlumat yayılıb. Bildirilib ki, bayramadək qıza toy etmək planlaşdırılır. Qızın 14 yaşının apreldə tamam olacağı da qeyd olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Tovuz regional qrupu, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıqda məsələnin araşdırıldığı diqqətə çatdırılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141524