Saat:04:52
Haqqımızda

"Torpaqlarımızdan başqa nəyi oğurlayırlar, oğurlasınlar, bunu ifşa edəcəyik" — Deputat

2024-03-19 22:55:07

Xəbər verdiyimiz kimi ermənilər Xalq artisti Ağadadaş Ağayevin məşhur “Dodağına gülüş qonub” mahnısını oğurlayıblar. Bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Ermənilər dəfələrlə xalq mahnılarımızı, milli musiqilərimizi özününküşləşdiriblər. Tanınmış müğənni buna səssiz qalmamaq üçün çağırış edib: "Məsələ dövlət səviyyəsində müzakirəyə çıxarılsın və mahnılarımızı oğurlayan ermənilər cəzalandırılsınlar, digərlərinə də dərs olsun", o, bizim.media-ya açıqlamasında bildirib.
Məsələyə deputat Fazil Mustafanın münasibətini öyrəndik. O, Demokrat.az-a açıqlamasında qeyd etdi ki, ermənilərin bu cür hərəkəti ilk belə hal deyil:
"Artıq ermənilərin maddi-mədəni irsimizi, mahnılarımızı oğurlamalarının elə bir mahiyyəti yoxdur. Əsas odur ki, Qarabağ bizimdir. Digər məsələləri hüquqi müstəvidə araşdırıb ortaya qoya bilərik. Torpaqlarımızdan başqa nəyi oğurlayırlar, oğurlasınlar, bunu ifşa edəcəyik. İndi bunun arxasıyca düşməyin əhəmiyyəti yoxdur. Bu məsələlərlə bağlı hüquqi mexanizmlər üzərində düşünə bilərik".

Törə Zeynallı

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.278245