Saat:21:03
Haqqımızda

"Torpaq yeyərik, amma torpaq vermərik": İranlı deputatdan Elman Məmmədova cavab

2021-09-21 20:24:00

İran parlamentinə Ərdəbil əyalətinin Hermi şəhərindən seçilən millət vəkili Vəli İsmaili azərbaycanlı millət vəkili Elman Məmmədovun “İranın quyruğu varsa kəsərik” fikrinə münasibət bildirib.
 
İranlı deputat özünün Tvitter paylaşımında yazıb:
 
“Qoy Azərbaycan parlamentinin millət vəkili bilsin ki, bura İrandır ... İran aslanları 8 ildə 24-dən çox ölkə ilə mübarizə apardılar. 300 min şəhid verdilər, amma bir qarış torpaq vermədilər. Tarix şahiddir, torpağı yedik, amma torpağı vermədik. Aslanın quyruğu ilə oynamaq geri qayıtmaz nəticələrə səbəb ola bilər”.
 
Xatırladaq ki, Ərdəbil imam-cüməsi Ayətullah Seyid Həsən Amilinin bənzər fikirlərinə münasibət bildirən Elman Məmmədov cavab verərək demişdi: “Deyirlər, şirin quyruğu ilə oynamaq olmaz. Əgər quyruğunuz varsa, lazım gəlsə onu kəsmək də olar”. \\Ovqat.com
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR