Tomas de Vaal: 2023-də yeni münaqişə olsa, onun miqyası 2020-ci ildəkindən kiçik olacaq

2023-01-05 14:13:00

Tomas de Vaal: 2023-də yeni münaqişə olsa, onun miqyası 2020-ci ildəkindən kiçik olacaq

"Carnegie Endowment"in aparıcı analitiki Tomas de Vaal bildirib ki, 2023-cü ildə Ermənistanla Azərbaycan arasında yeni münaqişə baş verərsə, onun miqyası 2020-ci ildəkindən az olacaq.
“Qorxuram ki, 2023-cü il gərgin, çətin il olacaq. Ümid edirəm ki, yeni münaqişə olmayacaq, amma əslində yeni münaqişənin əlamətləri artıq mövcuddur, hələ ki, ciddi danışıqlar getmir, hələ ki, 2020-ci ilin noyabr razılaşmalarına əməl olunmur, çünki bu razılaşmanın əsas maddələrindən biri olan Laçın yolunda tranzit yoxdur. Təbii ki, Qarabağ ermənilərinin və Zəngəzur dəhlizinin taleyinin danışıqlar yolu ilə deyil, yerlərdə həll olunacağı ilə bağlı ciddi qorxular var”, deyə Tomas de Vaal “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib.
Eyni zamanda o, İrəvanın Azərbaycana suveren dəhliz verməkdən imtina etməsinin müharibənin qaçılmaz olması deməkdirmi sualına mənfi cavab verib. “Münaqişə olarsa, düşünürəm ki, miqyas 2020-ci ildə gördüyümüzdən daha kiçik olacaq. Ola bilsin ki, hətta  erməni tərəfinin hərbi resursları daha az olması üzündən. Və düşünürəm ki, Əliyev yeni genişmiqyaslı münaqişədə maraqlı deyil. Daha doğrusu, ola bilsin ki, onun istədiyi danışıqlar yolu ilə nəticə verməsə, erməni tərəfinə təzyiq etmək cəhdi olacaq”, deyə de Vaal bildirib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142463