Saat:15:12
Haqqımızda

Tolik misirlilərdən şikayətləndi: Murdarçılıqdır!

2024-08-07 12:37:01

Tolik misirlilərdən şikayətləndi: Murdarçılıqdır!

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Misirə tətilə yollanıb.

Hurriyyet.az xəbər verir ki, birhəftəlik istirahətini başa vurub Şarm-əl-Şeyxdən Bakıya geri qayıdan Tolik beynəlxalq hava limanında gərgin və xoşaqəlməz anlarla üzləşib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Tolik bildirib ki, sözügedən hava limanının əməkdaşları sərnişinlərə qarşı hörmətsiz davranış göstərir və aeraportda antisanitar şərait höküm sürür:

“Şarm-əl-Şeyx hava limanı çox pintidir. Hava limanının əməkdaşları ayaqqabı geyinir, amma sərnişinlərə ayaqqabılarını çıxarılmasını və ayaqyalın olmalarınə tələb edirlər. İnsanlara qarşı çox pis rəftar var. "Azərbaycan" sözünü deyəndə başlarına daş düşür. Bilmirəm niyə? Bu təhlükəsizlik deyil, murdarçılıqdır”. /yenisabah.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183116