Saat:07:53
Haqqımızda

Tolik at oynadan bloggerlərin bazarını bağladı

2024-03-28 14:01:01

Tolik at oynadan bloggerlərin bazarını bağladı

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) öz sosial şəbəkə hesabında bloggerləri ifşa edib.

Hurriyyet.az
xəbər verir ki, o, bloggerlərin hiylə ilə reklam qazandığını bildirib. Bloggerlərin hansısa mağazadan reklam aldıqdan sonra ora gələn telefon zənglərinin artması əslində sadə bir fırıldaqçılığın nəticəsində baş tutur.

“Bir neçə məşhur blogger saxtakarlıqla məşğul olur. Bunların gizli “smm” xidmətləri var. Onlar reklamı paylaşdıqdan sonra həmin müştəriyə və ya mağazaya çox sayda zənglər gəlir və çoxlu sifarişlər olunur. Sifarişçi bunun blogerin reklamı əsasında olduğunu düşünür. Lakin bir neçə gündən sonra sifarişlər bəhanə ilə ləğv edilir. Bu yalançı piardır. Bu yaxınlarda həmin blogerlərin adlarını açıqlayacağam”,- o bildirib.

lent.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR