Tokayevdən Putinə ŞOK "ZƏRBƏ": Dayandırın...

2022-06-20 10:12:00

Tokayevdən Putinə ŞOK

Qazaxıstanın Rusiya kömürünün tranzitini dayandırıb.
 

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan hakimiyyəti öz ərazisində kömür daşıyan 1 700 vaqonun qarşısını kəsib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda sensasion açıqlamalarından sonra Rusiya qazax neftinin tranzitinə qadağalar qoyub.

Buna səbəb kimi liman sularında guya İkinci Dünya Müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılması göstərilib.

Söhbət ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəmərinin yanalma qurğularına bitişik akvatoriyanın bağlanmasından gedir.

Neftin tranziti azı 1 ay müddətinə dayandırılıb.

Xatırladaq ki, Tokayev Sankt-Peterburqa çıxışı zamanı DXR və LPR-i tanımadığını, onları kvazidövlət qurumları hesab etdiyini bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya