Saat:18:32
Haqqımızda

Tokayev sədr seçiləndən sonra Dariqa Nazarbayeva partiyanı tərk elədi

2022-01-28 16:40:00

Tokayev sədr seçiləndən sonra Dariqa Nazarbayeva partiyanı tərk elədi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı, parlamentin aşağı palatasının – Məclisin deputatı Dariqa Nazarbayeva hakim “Nur Otan” (“Vətənin nuru”) partiyasının siyasi şurasını tərk edib. Keçmiş Baş nazir Asker Mamin də hakim partiyanın siyasi şuranın heyətindən çıxıb.

“Nur Otan” partiyasının siyasi şurasının yenilənmiş siyahısında onların adları yoxdur.

Xəbər verdiyimiz kimi, bu gün “Nur Otan” partiyasının növbədənkənar qurultayı keçirilib və keçmiş sədr Nursultan Nazarbayevin təklifi ilə və yekdilliklə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev partiyanın yeni sədri seçilib. 30 ilə yaxın müddət ərzində ölkə prezidenti olmuş Nazarbayev 2019-cu ilin martın 20-də ölkə prezidenti, 2021-ci ilin aprelində Xalq Assambleyasının, 2022-ci il yanvarın 5-də, Qazaxıstandakı kütləvi etirazlar fonunda  Təhlükəsizlik Şurasının sədri vəzifələrini Tokayevə təhvil vermişdi.

Partiyanın mətbuat xidmətinin açıqlamasına görə, ümumilikdə partiyanın siyasi şurasının tərkibinin 55%-i yenilənib: “Qadınların sayı 33,7%-ə qədər artıb. 35 yaşına qədər gənclərin payı 6 dəfə artaraq, 13%-ə çatıb. Orta yaş həddi 4 yaş azalaraq, 47 yaşa bərabər olub. Dövlət məmurlarının sayı 30% azalıb”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR