Saat:16:46
Haqqımızda

TOKAYEV PRİMAKOVUN OĞLUDUR? – Qazaxıstan prezidenti barəsində sensasion iddialar

2022-01-08 23:15:00

TOKAYEV PRİMAKOVUN OĞLUDUR? – Qazaxıstan prezidenti barəsində sensasion iddialar

Qazaxıstanda baş verən hadisələr fonunda ölkə prezidenti Qasım-Comərd Tokayev barəsində sosial şəbəkələrdə maraqlı informasiyalar yayılmaqdadır.

Hurriyyet.az xəbər verir ki, son olaraq Tokayevin sovet qoşunlarının 20 yanvar 1990-cı ildə Azərbaycanın paytaxtı Bakıda törətdiyi qanlı qırğının - Qara Yanvar faciəsinin əsas təşkilatçılarından biri olan Yevqeniy Primakovun oğlu olduğu iddia edilir.

Məlumata əsasən, Qasım-Comərd Tokayevin Qazaxıstan prezidenti vəsifəsinə gətirilməsində onun daşıdığı genin heç də az rolu olmayıb. O cümlədən, onun Rusiyaya bağlılığının və Qazaxıstanın milli maraqlarını bir gecədə ayaqlar altına ataraq Rusiya qoşunlarını ölkəsini faktiki olaraq işğal etməyə dəvət etməsinin arxasında da məlum genetik kodların daşıyıcı olması böyük rol oynayıb.

Xatırladaq ki, Yevqeniy Primakov Sovet İttifaqının son illərində bu dövlətin rəhbərlərindən biri olmuşdur, sonralar Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş nazir (1998-2000) işləyib. 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi Sənaye Ticarət Palatasının prezidenti postunda olub.

O, Azərbaycanın paytaxtı Bakıda sovet qoşunlarının 1990-cı il, 20 yanvarda törətdiyi qanlı qırğının əsas təşkilatçılarından biri olmuşdur.

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR