Saat:09:04
Haqqımızda

Tokayev hakim partiyanın sədri oldu

2022-01-28 14:57:00

Tokayev hakim partiyanın sədri oldu

Nazarbayev sonuncu səlahiyyətindən də imtina etdi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkənin hakim partiyası “Nur Otan”ın (“Vətənin nuru”) rəhbəri olub.

Hakim partiyanın bu gün keçirilən növbədənkənar qurultayında sədr vəzifəsinə indiki Prezident Kasım Jomart Tokayev seçilib. Məlumatı dövlət başçısının mətbuat xidməti verib. Mətbuat xidmətinin “Tvitter” səhifədindəki açıqlamasında deyilir: “Partiyanın növbədənkənar XXI qurultayının qərarı ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Kemeleviç Tokayev yekdilliklə “Nur Otan” partiyasının sədri seçilib”.

Açıqlamada bildirilir ki, Tokayevin namizədliyini Qazaxıstanın hakim partiyasına rəhbərlik etmiş eks-prezident Nursultan Nazarbayev irəli sürüb.

30 ilə yaxın dövr ərzində Qazaxıstana rəhbərlik eləmiş Nazarbayev 2019-cu il martın 20-də prezident səlahiyyətlərindən imtina eləmiş, lakin Təhlükəsizlik Şurasının sədri, hakim “Nur Otan” partiyasının lideri və Qazaxıstan Xalq Assambleyasının başçısı vəzifələrini özündə saxlamışdı.

2021-ci ilin aprelində Nazarbayev Xalq Assambleyasının sədri postunu tərk eləməyi qərara alaraq, bu səlahiyyətləri Prezident Tokayevə vermişdi.

2022-ci il yanvarın 5-də, Qazaxıstandakı kütləvi etirazlar fonunda Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsini də Tokayevə təhvil verib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR