Tokayev Çinə gedir
2024-03-28 15:33:00
Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev 28-29 mart tarixlərində Çində işgüzar səfərdə olacaq, burada keçirilən Boaosk Asiya Forumunda iştirak edəcək. Bu barədə məlumatı Qazaxıstan Prezidentinin mətbuat xidməti verib.
Səfər zamanı Qazaxıstan Prezidentinin Çin rəhbərliyi, beynəlxalq təşkilatların və Çinin iri şirkətlərinin başçıları ilə bir çox görüşlər keçirməsi nəzərdə tutulub.
Hürr Tərcüman