Tokayev BMT-nin baş katibi olacaq?
2024-11-26 17:55:14
Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin son dövrlərdə Serbiya, Macarıstan, Fransa və Qırğızıstana səfər edərək beynəlxalq fəallığını artırması mətbuatda fərziyyələr irəli sürülməsinə səbəb olub.
"Orda" nəşrinin yazdığına görə, Tokayevin Birləşmiş Millətlər Təşkilatındakı fəaliyyət təcrübəsi nəzərə alınsa, belə bir intensivlik 2026-cı ildə onun BMT-nin baş katibi postuna namizədliyini irəli sürməyə hazırlaşması ilə əlaqədar ola bilər.
Hürr Tərcüman