Saat:11:56
Haqqımızda

Tokayev Azərbaycanla Ermənistanın razılığını alqışlayıb

2024-05-01 12:10:17

Tokayev Azərbaycanla Ermənistanın razılığını alqışlayıb

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistanın Almatıda danışıqlar aparmağa razılıq verməsini alqışladığını bildirib.
Tokayev deyib: "Xarici işlər nazirlərinin iki dövlət arasında sülh müqaviləsi ilə bağlı danışıqlarının Qazaxıstan tərəfinin təklifiylə Almatıda keçirilməsinə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının razılıq vermələrini alqışlayıram".
Qazaxıstan Prezidentinin sözlərinə görə, bu mühüm tədbirin Almatıda keçirilməsi rəmzi məna daşıyır - "1991-ci ilin dekabrında burada MDB dövlətlərinin müstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyənləşdirilməsi prinsiplərini təsdiqləyən tarixi Alma-Ata bəyannaməsi qəbul edilib".
Tokayev bu görüşün Cənubi Qafqazda sülh və sabitliyə töfhə verəcəyinə ümidvar olduğunu bildirib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212187