Tokayev 81 faiz səslə qalib gəldi - RƏSMİ

2022-11-21 10:02:00

Tokayev 81 faiz səslə qalib gəldi - RƏSMİ

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ötən gün keçirilən növbədənkənar prezident seçkilərində 81,31% səslə qalib gəlib. 

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, Tokayev qələbə qazanıb.

Qeyd edək ki, ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Prezidentlik uğrunda 6 namizəd mübarizə aparıb. 

Namizədlərdən Jiquli Dayrabayev 3,42% (271 641 səs), Meyram Kacıken - 2,53% (200 907 səs), Karakat Abden - 2,6% (206 206 səs), Saltanat Tursynbekova - 2,12% (168 732 səs), Nurlan isə 2,17% səs toplayıb.  

Seçki günü ümumilikdə 10 101 seçki məntəqəsi açıq olub. Respublika əhalisinin sayı 19,6 milyon nəfər olmasına baxmayaraq, səsvermə siyahılarına 11,95 milyondan çox qazaxıstanlı daxil edilib.  

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.228930