Saat:00:38
Haqqımızda

Töhmət alan deputat Rəfael Hüseynovla bağlı ŞOK DETALLAR:Özünü necə "yandırdı?"

2025-12-12 00:23:15

Töhmət alan deputat Rəfael Hüseynovla bağlı ŞOK DETALLAR:Özünü necə

Rəfael Hüseynov partiya sədrinin sözünü kəsdi - özünü yandırdı: məşhur deputat növbəti parlament seçkilərində namizəd olacaq?

Hurriyyet.Az Oxu24.com-a istinadla xəbər verir ki, Rəfael Hüseynov növbəti parlament seçkilərində namizəd olub olmayacağı məlum deyil.

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının növbəti iclasında iştirak edənlərin 95 faizi  Rəfael Hüseynovun partiyadan xaric edilməsinin istəyirdi.

Deputata töhmət verilsə də, yaşına, təcrübəsinə hörmət əlaməti olaraq Partiyadan xaric edilmədi.

Bu isə o deməkdir ki Rəfael Hüseynov növbəti seçkilərdə namizəd olmaq ehtimalı demək olar ki,yoxdur. 

Fəzail İbrahimli isə yaş həddi ilə əlaqədar növbəti parlament seçkilərində iştirak etməyəcək. Fəzail İbrahimli 2024-cü ildə keçirilən seçkiqabağı təşviqat kampaniyasında son dəfə seçkilərdə iştirak edəcəyini seçicilərinə açıqlamışdır. 

Belə görünür ki növbəti parlament seçkilərində başqa simalarla VHP mübarizə aparacaq.

VHP-nin Aydan Rüstəmxanlı, Dəniz Həsənova, Aysel Səfərli, Lətafət Həsənova, Gülnar Hüseynova və.s parlament seçkilərində iştirak edəcək iddialı üzvləri var. 

Bəs VHP-nin sədrinin sözünü kəsən 63 saylı Hacıqabul - Kürdəmir seçki dairəsinin deputatı Rəfael Hüseynov kimdir? 

Rəfael Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub.

1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirib.1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. 

Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir. O, 1995–1998-ci illərdə Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2024-cü il oktyabrın 8-də Azərbaycan - İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. 2024-cü ilin oktyabrında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri təyin olunub.

07 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Rus, tacik, fars, ingilis–sərbəst

Deputat Fəzail İbrahimli kimdir?

Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.

Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var.

2000, 2005, 2010, 2020, 2024-cü illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.

VHP-nin növbəti parlament seçkilərində iddialı namizədləri:

Aysel Xanlar qızı Səfərli 1982-ci ildə anadan olub. Lənkəran Dövlət Universitetinin məzunudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. 4 kitab və müxtəlif məqalə, oçerklərin müəllifidir. Həmçinin Təbriz, Almaniya və Türkiyədə də kitabları nəşr edilib. 

2021-ci ildən Vətəndaş Həmrəylik Partiyasının Qadın qolunun rəhbəridir. 2024-cü ildə parlament seçkilərində namizəd olub.

Aydan Rüstəmxanlı VHP-nin sədrinin və Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının qızıdır. Aydan 1995-ci ildə anadan olub. Aydan 2016-cı ildə müğənni Elçin Cəfərovla evlənib 2024-cü ildə boşanıb. Tənzilə Rüstəmxanlının ən böyük arzusu qızını deputat görməkdir.

Həsənova Lətafət Arif qızı 05 mart 2001-ci ildə Bakı şəhərində anadan olub. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 

2020-ci ildən VHP Abşeron rayon təşkilatının üzvü və 2023-cü ildən partiya Abşeron rayon təşkilatı gənclər şöbəsinin sədridir. 2024-cü ildə parlament seçkilərində namizəd olub.

Gülnar Faiq qızı Hüseynova 1987-ci il Bakı şəhərində anadan olub. 

 2002-2006-cı illər ərzində BMMT-nin İbtidai metodika fakültəsində təhsil alıb. Hazırda İstanbul Atatürk Universitetinin İctimaiyyətlə Əlaqələr - PR Menecer (Halkla İlişkiler ve Tanıtım ) fakultəsində təhsilini davam etdirir.

VHP üzvüdür. 2017-ci ildən VHP sədrinin köməkçisi vəzifəsində fəaliyyət göstərir. Ailəlidir. 2 övladı var. 2024-cü ildə parlament seçkilərində namizəd olub.

Dəniz Nazim qızı Həsənova 27 mart 1995-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın Zəngibasar mahalındandır.

Ailəsi 1948-ci ildə Yevlaxa köçüb. 2012-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 2016-ci ildə mühasibat uçotu üzrə kolleci təhsili alıb. Ali təhsilini Türkiyənin Anadolu Universitetində Dövlət İdarəçiliyi ixtisası üzrə bitirib. “KTTX” MMC- də baş mühasib olaraq çalışır. 2014-cü ildən VHP-nin üzvüdür. Partiyanın Gənclər Təşkilatında fəaliyyət göstərib. 2020-ci ilin yanvar ayından VHP Nəsimi rayon təşkilatının sədridir. 2019-cu ildə Nəsimi bələdiyyəsinin üzvlüyünə namizəd olub. 2024-cü ildə parlament seçkilərində namizəd olub. 

 

Hazırladı: Miri Məcidli