Tofiq Yaqublu həbs edildi
2022-12-23 19:11:00

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu məsuliyyətə cəlb olunub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, T.Yaqublu 30 sutkalıq inzibati qaydada həbs olunub. \\APA
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya