Saat:17:49
Haqqımızda

Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı

2024-04-02 14:38:37

Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı

Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublu barədə qərar qəbul olunub.

Hurriyyet.az xəbər verir ki, məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin edilməyib.

Bu barədə T. Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.

Qeyd edək ki, dekbarın 14-də Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb. Bir gün sonra – dekabrın 15-də isə Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. O cinayət işində başqa təqsirləndirilən şəxsin də olduğunu qeyd edib və istintaq sirri olduğu üçün həmin şəxsin kimliyini açıqlaya bilməyəcəyini deyib.

“Tofiq bəy ittihamların hamısını rədd etdi və saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirdi. İddia edirlər ki, şikayət var, amma biz şikayəti görməmişik”, - A. Layıc bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR