Saat:03:22
Haqqımızda

Tofiq Musayev “Bellator MMA” ilə müqavilə imzaladı

2022-01-11 13:49:00

Tofiq Musayev “Bellator MMA” ilə müqavilə imzaladı

Azərbaycanın dünya şöhrətli idmançısı, “Rizin Gran Pri”nin qalibi Tofiq Musayev “Bellator MMA” ilə müqavilə imzalayıb.

Hurriyyet.az xəbər verir ki, ABŞ-da 2008-ci ildə təsis olunmuş “Bellator MMA” dünyada MMA döyüşlərini təşkil edən nüfuzlu təşkilatlardan biridir. Onu da qeyd edək ki, həmyerlimiz Tofiq Musayevin “Bellator MMA” ilə imzaladığı müqavilə çərçivəsində idmançımızın dörd döyüş keçirməsi nəzərdə tutulur. Tofiq Musayevin bu günə qədər keçirdiyi döyüşlərinin rekordu 18:4-dür. O keçirdiyi 18 döyüşdən 14-ündən qələbə ilə ayrılmışdır. İdmançımız bu günə qədər UFC, Rizin, Bellator kimi bir sıra təşkilatlarının döyüşçüləri ilə qarşılaşaraq bayrağımızı yüksəklərə qalrımağa nail olmuşdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR