Tofiq Bəhramovun nəvəsi vəzifəsindən azad edildi
Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi, gömrük polkovniki Tofiq Bəhmən oğlu Bəhramov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmış Tofiq Bəhramov 2023-cü ilin dekabr ayında Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi təyin olunmuşdu.
Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.
Qaynarinfo.az
