Tıxacda keçən yay günləri... — Çıxış yolu varmı?

2022-07-30 20:02:00

Tıxacda keçən yay günləri... — Çıxış yolu varmı?

İstər sürücü olaq, istər piyada, ilboyu tıxcalardan əziyyət çəkirik. Düşünürük ki, yay aylarında təhsil ocaqlarının bağlandığı bir vaxtda heç olmasa tıxaclardan azad olaq. Lakin iyul ayının sonlarının olmasına baxmayaraq, hələ də tıxac əlindən tərpənmək olmur. Bəs, görəsən buna səbəb nədir? 

Nəqliyyat eksperti Ərşad Hüseynov da Demokrat.az-a müsahibəsində deyilənləri təsdiqlədi. O da şəxsi avtomobillərdən və taksi xidmətindən çox istifadə olunmasını əsas səbəb hesab edir: 
“İctimai nəqliyyat belə vəziyyətdə olduğuna görə, insanlar öz mobilliklərini təmin etmək üçün fərdi nəqliyyata üstünlük verirlər, hətta bəzi adamlar çox ağır şərtlərlə olsa da gedirlər kreditlə, nə bilim lizinq qaydasında da ola bilər əldə edirlər, küçələrdə avtomobillərin sayı artır və taxilərin sayı artır. Yəni əgər ictimai nəqliyyat qaydasında deyilsə, kimlərinsə fərdi avtomobili yoxdursa, təbii ki, bu adam hərəkət eləmək üçün taxilərdən istifadə eləməyə üz tutur. Buna görə də siz fikir versəniz görərsiz ki, son illər Bakı şəhərində və ölkəmizin digər şəhərlərində taxilərin sayı həddindən artıq çoxalıb. Bax bu da sıxlıq yaradan səbəblərdən biridir.”



Ekspert tıxacdan qismən də olsa çıxış yolları barədə danışdı:
 
“Birinci növbədə ictimai nəqliyyatı inkişaf elətdirməliyik. daha sonra velosiped infrastrukturu qurmalıyıq. Velosipedlə hərəkəti təşviq etməliyik. yəni insanlardakı psixloji bir maneə var o maneə dəf olunmalıdır. Velosiped yollarının zolaqlarının şəbəkəsi yaradılmalıdır. Velospied parkları genişlənməlidir. Ümumiyyətlə bu istiqamətdə işlər görülməlidir. Bir də piyada hərəkəti üçün mövcud olan maneələr. zəbt olunmuş səkilər, ümumiyyətlə səkisi olmayan küçələr. bax bu problem aradan qaldırılmalıdır.”

Yeri gəlmişkən avtomobillərdən nə qədər az istifadə etsək təbiəti bir o qədər zərərli tüstülərdən xilas edərik. Yəni həm canımız, həm də əsəblərimiz sağlam olar. 

Gülçin Qorxmaz


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060627