“Time” jurnalı ilin adamını və ilin qəhrəmanlarını seçdi

2022-12-07 19:49:00

“Time” jurnalı ilin adamını və ilin qəhrəmanlarını seçdi

Hurriyyet.az xəbər verir ki, Amerikanın “Time” (“Taym” – ingiliscə “zaman”) jurnalı İran qadınlarını 2022-ci İlin qəhrəmanları hesab edib. Bu barədə jurnalın redaksiyasının sosial hesablarında və internet saytında məlumat verilib. Məlumatda  Sakkezadan (Kürdüstan) olan 22 yaşlı Mahsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlarda iştirak edən İran qadınlarından bəhs edilir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə İlin adamı seçilib.
Qeyd edək ki, mətbuatda gedən xəbərlərdə İranda etirazçılar zamanı 300-400 nəfər arasında vətəndaşın həlak olduğu bildirilir.
Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri Ukrayna ordusunun 13 min nəfərə qədər hərbçi itirdiyini bəyan edib. Xatırladaq ki, Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen noyabrın 30-dakı çıxışı zamanı Rusiyanın təcavüzü nəticəsində “Ukraynanın 20 min nəfərdən çox dinc sakininin və 100 min hərbçisinin həlak olduğunu” söyləsə də bu rəqəmlər tez bir zamanda təkzib edilmişdi.
Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.194348