Saat:16:30
Haqqımızda

Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı

2025-05-23 15:38:17

Tiktoker

"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb.

Hurriyyet.az xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddəyinə uzadılıb.

Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər. (APA)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.231609