Saat:02:11
Haqqımızda

“TikTok” qadağan edildi – “Milli Təhlükəsizlik üçün təhdiddir”

2022-11-30 15:20:00

“TikTok” qadağan edildi – “Milli Təhlükəsizlik üçün təhdiddir”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-ın Cənubi Dakota ştatında dövlət qulluqçularına rəsmi idarələrə məxsus cihazlardan Çinin video paylaşma platforması olan “TikTOK” proqramına daxil olmaq qadağan edilib.

Cənubi Dakota ştatının qubernatoru Kristi Noemin məsələ ilə bağlı açıqlamasında “TikTok” proqramının Çin Kommunist Pariyası üçün məlumat topladığı, bunun milli təhlükəsizlik üçün təhdid yaratdığı diqqətə çatdırılıb. Qubernator deyib: “Cənubi Dakota bizə nifrət edən ölkələrin məlumat toplama əməliyyatının bir parçasına çevrilməyəcək”. O, Çin Kommunist Partiyasının “TikTok” proqramından əldə elədiyi məlumatlardan Amerika xalqını manipulyasiya eləmək üçün istifadə elədiyini vurğulayıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR