Saat:18:50
Haqqımızda

Tikinti şirkətlərinin fırıldağı - DİQQƏTLİ OLUN! - Ekspertdən

2022-05-24 12:12:00

Tikinti şirkətlərinin fırıldağı - DİQQƏTLİ OLUN! - Ekspertdən

“Bəzi tikinti şirkətləri tərəfindən bir mənzilin bir neçə nəfərə satılması halları mövcuddur. Ölkədə bu cür tikinti şirkətlərinin qurbanı olan yüzlərlə vətəndaş var. Qanunvericilikdə bununla bağlı ciddi boşluqlar var”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, tikintisi başa çatmayan mənzillərin alğı-satqı prosesi tikinti şirkətlərinin öz möhürləri ilə möhürlənmiş adi kağız parçası əsasında aparılır. Bu alğı-satqı müqaviləsi də sayılmır. Vətəndaşlar bu barədə az məlumatlı olduğundan yalnız tikinti şirkətinin möhürü ilə möhürlənmiş kağız parçasını alğı-­satqı müqaviləsi və mülkiyyət hüququ doğuran sənəd kimi qəbul edirlər. Amma əslində belə deyil.

Natiq Cəfərlinin dediyinə görə, bir çox ölkələrdə nəinki tikintisi başa çatmayan, hətta təmirsiz olan mənzillərin satışa çıxarılması qadağandır.

Qonşu Gürcüstanda, Türkiyədə mənzillərin təmirsiz satışı qəti qadağandır. Yaşayış binaları tikilib tam təmir edildikdən sonra satışına icazə verilir. Bəzi ölkələrdə binanın təməli qoyulan zaman mənzilləri satmaq mümkündür. Bir şərtlə ki, alğı-satqı müqaviləsi notarial qaydada təsdiq olunur.

Ancaq Azərbaycanda bu sənəd notarial qaydada təsdiq olunmur. Ancaq heç bir qanuni hökmü olmayan kağız parçasına müəyyən öhdəliklər yazılır, tikinti şirkətinin möhürü vurulur vəssalam:

“Azərbaycanda bina təhvil verilmədən mənzillərin satılması qadağan deyil. Mənzil tikinti kooperativləri hətta evin təməli qoyulanda belə tikilməyən mənzilləri sata bilirlər. Vətəndaşların çoxu öz hüquqlarını bilmir və hüquqi qüvvəsi olmayan kağız parçası ilə mənzil aldıqlarını düşünürlər. Qanunvericiliklə isə yalnız çıxarışı olan mənzillər satıla bilər.

İş orasındadır ki, MTK-ların daxili müqavilələrlə də mənzil satışına qadağa yoxdur və şirkətlər bundan sui-istifadə edir. Vəziyyətdən çıxış yolu bir çox ölkələrdəki kimi dövlət reyestrinə düşməyən binalarda mənzillərin satışına qadağanın qoyulmasıdır. Bununla bağlı qanunvericiliyə əlavə dəyişikliklərə ehtiyac var. Yaxud da Fövqəladə Hallar Nazirliyi binaların təhvil prosesini tezləşdirməlidir. Qurum təhvil prosesini həddindən artıq gecikdirir. Bu gün Bakıda minlərlə vətəndaş illərdir təhvil alınmayan binalarda yaşayır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR