Saat:18:28
Haqqımızda

TİKİNTİ ŞİRKƏTİNİN VƏTƏNDAŞA QARŞI DƏLƏDUZLUĞU – Mənzilini təmir etdirmək üçün şirkətə 23 min manat ödədi, təmir bir yana, pulunu da ala bilmir… / VİDEO

2024-09-18 15:49:18

TİKİNTİ ŞİRKƏTİNİN VƏTƏNDAŞA QARŞI DƏLƏDUZLUĞU – Mənzilini təmir etdirmək üçün şirkətə 23 min manat ödədi, təmir bir yana, pulunu da ala bilmir… / VİDEO

Baki şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəsəbəsi, V.Əsgərov küçəsinin sakini Məlikov Çingiz Çingiz oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin aparat rəhbəri Tural İsmayılova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Tural müəllim!

Mən, Məlikov Çingiz Çingiz oğlu və yoldaşım Xəlilova Çinarə Elçin qızı, 23.04.2024-cü tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 1 ünvanında yerləşən “Blue City” yaşayış kompleksindən ipoteka yolu ilə təmirsiz mənzil almışıq.

07.05.2024-cü il tarixində mən və yoldaşım evimizi təmir etdirmək üçün “ABBASOĞLU İNŞAAT” MMC (VÖEN: 1008403521) şirkətinə müaraciət etmişik. Aramızda əldə olunan şifahi razılaşmadan sonra mənzilimizdə təmir işlərinin aparılması üçün qeyd olunan şirkətin direktoru Əliyev Məhəmməd Abbas öğlu ilə “Təmir-Tikinti Podrat Müqaviləsi” (nömrəsi ATE: 070524-1) bağlamışıq.

Müqaviləyə əsasən, mənzilin ümumi təmir xərci 29 900 AZN müəyyən edilmişdir. Bu muqavilənin 4.3-cü bəndində işlərin 90-120 gün ərzində başa çatdırılması nəzərdə tutulur.

Lakin müqavilə bağlanan tarixdən etibarən heç bir işin doğru getmədiyini müəyyən etdik. Məlum oldu ki, verilən dizayn və layihilər səhv tərtib olunub. Odur ki, həmin səhvlər aşkarlandıqca tərəfimizdən duzəldilirdi. Bunadan əlavə, görülən hər bir işin keyfiyyətsiz, normalardan kənar və müqavilədə qeyd olunan kimi getməməsini dəfələrlə aşkar etmişik.

Həmçinin, bir müddət sonra evimizin təmiri ilə məşğul olan ustalar da çalışmaqdan imtina edib. Səbəb olaraq, şirkət tərəfindən onlara zəhmət haqqı ödənilmədiyini bildirirdilər.

28.08.2024-cü ildə “Təmirə nəzarət briqadası” ilə birlikdə mənzilimə yollandım. Bu zaman mənzilimin təmirində əsaslı nöqsanlar aşkar edildi. Məsələn, elektrik xətləri normalara və təhlükəsizlik qaydalarına cavab vermir, görülən santexnika işləri də həmçinin. Üstəlik, mənzilimdə görülən suvaq-tikinti işləri də bərbad vəziyyətdə idi. Bu səbəbdən, həmin tarixdən etibarən mənzildə aparılan işlərin dayandırılmasını və müqaviləyə xitam verilməsini tələb etdim.

Məlumat üçün bildirim ki, bu günə qədər “ABBASOĞLU İNŞAAT” MMC şirkətinə tərəfimdən 23 000 AZN ödənilib. Şirkət rəhbərliyi ödənişin yalnız bir qisminin (10 000 AZN) 12.09.2024 tarixinədək qaytarılacağına dair yazılı şəkildə söz verib. Buna baxamyaraq, qeyd olunan mənləğdən də cəmi 4 000 AZN ödəyib və qalan məbləği ödəyə bilməyəcəyini bildirir.

Cənab Tural İsmayılov!

Təbii ki, mən “ABBASOĞLU İNŞAAT” MMC-yə ödədiyim 23 000 AZN qarşılığında cəmi 4 000 AZN-nin geri qaytarılması ilə razı deyiləm. Odur ki, Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 9-cu maddəsinə əsasən, müqavilələrin şərtlərinin pozulduğuna görə, ödədiyim məbləğin mənə tam şəklində qaytarılmasının təmin olunmasına və hüquqlarımın qorunmasına nəzarət etməyinizi xahiş edirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

@vrproject.az

TƏMİRƏ NƏZARƏT / PREMİUM PAKET YOXSA . . .

♬ оригинальный звук - vrproject.az
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.210689