Saat:15:06
Haqqımızda

TİKA Bakı nümayəndəliyi və “Vətən” İctimai Birliyinin rəhbrəliyi arasında görüş keçirilib

2022-01-19 21:02:00

TİKA Bakı nümayəndəliyi və “Vətən” İctimai Birliyinin rəhbrəliyi arasında görüş keçirilib

Azərbaycanda fəaliyyət göstərən Axısxa Türkləri “Vətən” İctimai Birliyinin rəhbərliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi arasında görüş keçirilib.

Hurriyyet.az xəbər verir ki, görüşdə TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz 19 dekabr 2021-ci il tarixində keçirilən “Vətən” İctimai Birliyinin XI Ümumi Yığıncağında yeni sədr seçilən Xalid Xəlilovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gələcəkdə “Vətən” İB tərəfindən həyata keçiriləcək layihələrə dəstək verəcəklərini bildirən Fatih Yılmaz, Türkiyə dövləti olaraq Axısxa Türklərinin problemlərini öz problemləri hesab etdiklərini vurğulayaraq, ən yaxın zamanda birliyin ofisini ziyarət edəcəyini diqqətə çatdırıb.

“Vətən” İB İdarə Heyətinin sədri Xalid Xəlilov görüş zamanı TİKA ilə hər zaman birlikdə layihələr həyata keçirdiklərini, birlik olaraq həyata keçirilən tədbirlər, cari məsələlər və planlaşdırılan daha böyük layihələrdən bəhs edərək, gələcək əməkdaşlığın önəmli olduğunu qeyd edib.

Əsas fəaliyyətlərinin tarixi vətənləri Axısxaya dönmək olduğunu və bu istiqamətdə çalışacaqlarını bildirən Xalid Xəlilov, Azərbaycan dövlətinin hər zaman Axısxa Türklərini dəstəklədiyini, onların da öz növbəsində Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçdiyini, Vətən Savaşında 9, Birinci Qarabağ Müharibəsində isə 80-dən çox şəhid verdiklərini xatırladıb.

Birliyin İdarə Heyətinin üzvü Ali Ağaliyev Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Türkiyə dövləti tərəfindən yaradıldığını və dünyadaki Axısxa Türklərinin təşkilatlanması üçün var gücü ilə çalışdığını bildirib. Ağaliyev Axısxa Türklərinin dünyadaki Türk diasporunun ən səmərəli fəaliyyət göstərən nümayəndələri olduğunu, vətənə dönüş yolunda Türkiyənin Azərbaycandakı qurum və quruluşları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətin vacibliyini qeyd edib.

Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işık isə Azərbaycanda yaşayan axısxalı türk gənclərinin olduqca fəal olduğunu, DATÜB Gənclər Təşkilatı və ATVİB olaraq hazırda “UĞURLU PEŞƏ SEÇİMİ” adlı seminar layihəsi həyata keçirdiklərini, Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanlığının Türkiyə Təqaüdləri proqramına müraciət edəcək gənclərə birlik daxilində tamamilə pulsuz şəkildə xidmət göstərildiyini bildirib.

Olduqca faydalı və gələcəkdə həyata keçiriləcək layihələr haqqında fikir mübadiləsinin aparıldığı görüşün sonunda birlikdə xatirə fotosu çəkilib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR