Saat:18:06
Haqqımızda

Tiflisdəki etirazların pərdəarxası: "Böyük vəsaitlər gizlədilir" - ŞƏRH

2024-05-02 00:03:55

Tiflisdəki etirazların pərdəarxası:

“Gürcüstanda baş verən etiraz aksiyalarının səbəbi xarici agentlər haqqında qanunun qəbuludur. Bu qanun vətəndaş cəmiyyəti institutlarının əleyhinədir. Gürcüstanda belə institutların - QHT və ictimai təşkilatların sayı çoxdur. Onlara Qərbdən kifayət qədər maliyyə vəsaitləri ayrılır. Hökumətin bu maliyyələşməni nəzarətə götürməsi isə üçüncü sektorda çalışan şəxslərin maddi gəlirdən məhrum edilməsi deməkdir. Ona görə də Gürcüstan QHT-ləri sözügedın qanun layihəsinin qəbul edilməsinə razı deyillər”.

 

Hurriyyet.Az bildirir ki, bunu Bakupost.Az-a açıqlamasında politoloq Samir Hümbətov Gürcüstanda keçirilən etiraz aksiyaları haqda danışarkən deyib.

O, daha sonra bunları əlavə edib:

“Hökumət hesab edir ki, şəffaflıq təmin olunmalı və həmin vəsaitlərin ölkəyə necə daxil olması ortaya qoyulmalı, hakimiyyət bunu bilməlidir. Təbii ki, sözügedən QHT-lər qeyri-qanuni gələn vəsaitlərlə bağlı məlumat vermək istəmir. Çünki ortada böyük maliyyə vəsaitləri var".

Politoloq bu məsələdə Qərb və Rusiya qarşıdurmasının olduğunu da istisna etməyib:

“Burda pərdəarxasında Qərb və Rusiya qarşdurması da var. Çünki tarix göstərir ki, Gürcüstanda baş verən inqilablarda Qərbdən maliyyələşən təşkilatlar ciddi rol oynayır. Ona görə də düşünürəm ki, indiki etirazların kökündə bu məsələ durur. Yəni etirazçılar hökumətə təsir imkanlarından istifadə etməyə çalışırlar. Onların da arxasında duran təbii ki, QHT nümayəndələridir. Onlar qəbul edilmiş qanunun ləğv olunmasını istəyirlər”.

 

 

Vasif Əlihüseyn

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188060