Tiflisdə yenidən aksiya keçirilir - Video
2024-12-03 22:29:51
Tiflisdə yenidən hökumətə qarşı etiraz aksiyaları başlayıb.
Yenə yüzlərlə insan parlament binası qarşısına toplaşmağa başlayıb.
Polis qüvvələri ərazini nəzarətdə saxlayır.
Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə açıqlamasından sonra Tiflisdə müxalifətin genişmiqyaslı aksiyaları sistemli hal alıb.
Axar.Az
