Tiblisidə ölkəmizdəki ekoloji terrorla bağlı aksiya keçirildi (FOTOLAR)

2022-12-27 23:01:00

Tiblisidə ölkəmizdəki ekoloji terrorla bağlı aksiya keçirildi (FOTOLAR)

Gürcüstanda fəaliyyət göstərən bir qrup ictimai fəalın təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən BMT-nın ofisi qarşısında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində təbii sərvətlərin qanunsuz istismarı ilə müşayiət olunan ekoloji terrora etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

Hurriyyet.Az xəbər verir ki, aksiyada yerli icma təşkilatlarının nümayəndələri, gənclər və tələbələr iştirak ediblər. İştirakçılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına həmrəy olduqlarını bəyan etmişlər.

Əllərində Gürcüstan və Azərbaycan bayraqları tutan aksiya iştirakçıları "Ekoloji cinayətə son!”, "Ekoloji terrora yox!”, "Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, "Qarabağın talanmasına son!”, "Erməni separatçılarının qanunsuz fəaliyyətinə son!”, "Ətraf mühitin terroruna yox” və s. kimi şuarlar səsləndiriblər.

İctimai fəal Məhəbbət İmanov çıxışında aksiyanın siyasi xarakter daşımadığını və "Ekoloji cinayətə son" qoyulmasına çağırıldığını vurğulayıb. Erməni separatçılarının Azərbaycanın ekologiyasına vurduğu ziyanın bütövlükdə region üçün təhlükə olduğunu nəzərə çatdırıb və BMT nümayəndəliyindən ekoloji terrora və erməni separatçılarının dağıdıcı xislətinə qarşı beynəlxalq səviyyədə təzyiq göstərmələrini xahış etmişdir.

"Biz Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının etirazına öz dəstəyimizi bildiririk. Qeyd olunan istismar bölgədə gərginliyə təkan verir. Ətraf-mühiti qorumaq hər bir insanın borcudur. Biz Gürcüstanda yaşayan azərbaycanlılar olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə ekoloji vəziyyətin pisləşməsindən narahatıq. Buna muvafiq olaraq, hava şəraitinin dəyişməsi və su ehtiyatlarının tükənməsi ilə əlaqədar beynəlxalq narahatlıq fonunda erməni criminal-oliqarx qruplar tərəfindən ətraf mühitə vurulan zərər etnik nifrətlə müşayiət olunur və bu azərbaycanlılara qarşı yönəldilmiş fobiyadır. Ekoloji terrora son qoymaq üçün rus sülhməramlılarına və erməni separatçılarına təzyiq edilməsini tələb edirik”, - deyə aksiyada oxunan bəyanatda bildirilib.

Sonda aksiya iştirakçıları BMT-nin ofisi qarşısında Azərbaycan və gürcü dillərində bəyanatı oxuyublar. Bəyanat aksiyanın təşkilatçıları tərəfindən BMT-nin ofisinə təqdim olunub.

 

Qaynarinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143358