Saat:13:59
Haqqımızda

“Tibb müəssisəsi tərəfindən qoyulmuş diaqnoz öz təsdiqini tapmadığından, əlillik təyinindən imtina edilmişdir” – NAXÇIVAN SAKİNİNİN İDDİASINA CAVAB… / YENİLƏNİB

2023-01-24 15:38:00

“Tibb müəssisəsi tərəfindən qoyulmuş diaqnoz öz təsdiqini tapmadığından, əlillik təyinindən imtina edilmişdir” – NAXÇIVAN SAKİNİNİN İDDİASINA CAVAB… / YENİLƏNİB

Ötən həftə Naxçıvan şəhəri, Kəngərli rayon, Şaxtaxtı kənd sakini Əsədov Səməd Hacı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olmuşdu. Məktubda Əsədov Səməd Hacı oğlu ona əliliyin verilməməsindən şikayət edirdi. Ötən gün isə onun iddiası ilə bağlı Əlillərin Bərpası Mərkəzindən redaksiyamıza məktub daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Kəngərli rayonu Şahtaxtı kənd sakini Əsədov Səməd Hacı oğlu 26 may 2021-ci il tarixdə göndəriş əsasında Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasında “Sağ yuxarı ətrafın postravmatik neyropatiyası. Sağ bazu və dirsək oynağının kontrakturası” diaqnozu ilə əyani müayinə olunmuş və tibb müəssisəsi tərəfindən qoyulmuş diaqnoz öz təsdiqini tapmadığından qanunvericiliyə uyğun olaraq əlillik təyinindən imtina edilmişdir.

S.Əsədov 21 yanvar 2023-cü il tarixdə şikayətinin araşdırılması üçün komissiyaya dəvət olunmuş, lakin vətəndaş səhhətini əsas gətirərək komissiyada iştirak etməkdən və imtina etmişdir.

Vətəndaşa mövcud vəziyyəti ilə bağlı Hurriyyet.az saytına ünvanladığı şikayət məktubunda qeyd etdiyi əsasda hüquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur. Əks halda dövlət orqanının işgüzar nüfuzuna xələl gətirdiyi əsas götürülərək, vətəndaşın şər böhtan xarakterli şikayətinin araşdırılması istiqamətində qanunauyğun hərəkətlərin icrası istiqamətində hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

Hazırladı: JaləFAMİLQIZI

***

2023-01-21 10:54:00

 

“DEDİLƏR Kİ, GƏTİR 1500 MANAT VER, PENSİYA AYRILSIN” - Naxçıvan sakininə əlilik pulu verilmir

Naxçıvan şəhəri, Kəngərli rayon, Şaxtaxtı kənd sakini Əsədov Səməd Hacı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona əlilik pensiyası ayrılması üçün ondan 1500 manat pul tələb edilir:

“Mən, Əsədov Səməd Hacı oğlu, yazaraq sizə bildirirəm ki, 2016-cı ildə  İran İslam Respublikasında qəzaya düşmüşəm, bir qoluma platin alət qoyulub və iş qabiliyyətimi itirmişəm. Bu səbəbdən 5 il müddətində pensiya ilə təmin olunmuşam. Daha sonra pensiyamı kəsdilər və müraciət etdiyim zamanda mənə bildirdilər ki, get 10 gün xəstəxanada yat.

10 gün xəstəxanada yatdım, epikrizi alıb yenidən müracit etdim. Əlillərin Bərpas Mərkəzinə də müraciət etmişəm. Orda mənə bildirdilər ki, get-gələ düşmə, gətir 1500 manat ver, həll olunsun.

Amma o pulu verməyə mənim imkanım çatmır. Köməklik göstərin, bu məsələni işıqlandırın, mənim penisyamı pulsuz düzəltsinlər”.

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR